Neftçi klubu qelebe qazandı
10 Avqust 2013 Şənbə 23:26
Neftçi klubu Revan klubunu meğlub edib.
Topaz Premyer Liqasında II turun oyunları keçirilir. ANS PRESS-in məlumatına görə, ötənilki çempion "Neftçi" bu tur "Rəvan"la qarşılaşıb.

Görüş çempion üçün elə də çətin çəkməyib. "Ağ-qaralar" matçın 15-ci dəqiqəsində özbəkistanlı legioner Bahodur Nasimovla hesabda irəli çıxıblar. "Rəvan"ın heyətində Miloş Adamoviç ikinci sarı vərəqədən sonra qırmızı vərəqə ilə cazalandırıldıqdan sonra "Neftçi" üçün bir qədər də asan olub.

Çempion matçın 86-cı dəqiqəsində Bahodir Nasimovla ikinci qolu vuraraq qələbəsini rəsmiləşdirib. İndi "Neftçi" 6 xalla turnir cədvəlinin lideriir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar