Flaqmanın Antalyadakı növbəti rəqibi Rusiyanın "Terek" klubu olacaq.
"Neftçi" futbol klubu Çeçenistan respublikasının mərhum prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə üçüncü oyununu keçirib. ANS PRESS-in məlumatına görə, flaqman Özbəkistanın "Paxtakor" klubu ilə qarşılaşıb.
Oyun təmsilçimizin 3:0 hesablı qələbəsilə yekunlaşıb. Qarşılaşmada qollara Rəşad Abdullayev, Bahodir Nasimov (2 qol) imza atıb.
Beləliklə mübarizə apardığı qrupda ikinci yeri tutmuş "Neftçi", digər qrupun ikincisi, Rusiyanın "Terek" komandası ilə qarşılaşacaq. 3-cü yer uğrunda oyun fevralın 3-də Bakı vaxtı ilə saat 13-00-da başlayacaq.