Neftçi klubu çempionluq yolunda ağır zərbə aldı
18 Dekabr 2012 Çərşənbə Axşamı 21:43
Neftçi klubu "Bakı" ilə oyunda xal itirib.
Bu gün Azərbaycan Premyer Liqasında I turun təxirə salınmış bir oyunu keçirilib.

ANS PRESS-in məlumatına görə, son Azərbaycan çempionu "Neftçi" öz meydanında "Bakı"nı qəbul edib.

Son turda səfərdə "Xəzər Lənkəran"a uduzan "Neftçi" həmin məğlubiyyətin əvəzini "Bakı"dan çıxmağa çalışsa da, buna nail ola bilməyib. Qonaq komanda son dəqiqələrdə vurduğu qol sayəsində məğlubiyyətdən qaça bilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar