Neftçi klubu Çempionlar Liqasında mübarizəyə start verir
13 İyul 2011 Çərşənbə 12:45
Çempionumuz Neftçi klubu Zaqreb “Dinamo”su ilə münasibətlərinə aydınlıq gətirəcək.
Bu gün çempion “Neftçi” klubu UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində mübarizəyə start verir. ANS PRESS-in məlumatına görə, “Neftçi” Zaqreb şəhərinin “Maksimir” stadionunda “Dinamo” klubu ilə münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, “Dinamo” – “Neftçi” qarşılaşması Bakı vaxtı ilə saat 23:00-dan etibarən Space TV ilə canlı yayımlanacaq. Avropo Liqasında mübarizə aparan “Xəzər Lənkəran” və “Qarabağ” da ilk oyunlarını səfərdə keçirəcəklər. “Xəzər Lənkəran” sabah İsrailin paytaxtı Təl-Əviv şəhərində Bakı vaxtı ilə saat 22:30-dan etibarən "Dinamo" ilə mübarizə aparacaq. Bu qarşılaşma ANS TV ilə canlı yayımlanacaq.

“Qarabağ” isə Farer adalarında “Streymur” klubu ilə oyunda Bakıya sərfəli nəticə ilə dönməyə çalışacaq. “Streymur” – “Qarabağ” matçı iyulun 14-də Bakı vaxtı ilə saat 23:00-dan başlayacaq.  ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar