Neftçi klubu Çempionlar Liqasında Dinamo Zaqreb ilə üz-üzə gələcək
20 İyun 2011 Bazar Ertəsi 15:17
Nyon şəhərində püşkatma keçirilib. Neftçi klubu Çempionlar Liqasında Dinamo Zaqreb ilə üz-üzə gələcək.
Bu gün Azərbaycan azarkeşlərinin diqqəti İsveçrənin Nyon şəhərinə yönəlib. ANS PRESS-in məlumatına görə, UEFA-nın bu şəhərdə yerləşən mənzil-qərargahında 2011/12-ci il mövsümünün püşkatma mərasimi baş tutacaq.

Klublarımızdan “Neftçi” Çempionlar Liqasında, “Qarabağ”, “Xəzər Lənkəran” və AZAL isə Avropa Liqasında mübarizəyə start verirlər. “Neftçi” daha zəif “səpələnməmişlər” səbətində yer alacaq. “Neftçi” Çempionlar Liqasının ilkin mərhələsində Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu ilə üz-üzə gələcək.

Çempionlar Liqasının təsnifat mərhələsinin ilk oyunları iyulun 12-13 və 19-20-də baş tutacaq. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar