Neftçi klubu Böyükağa Hacıyev ilə anlaşıb
29 İyul 2011 Cümə 22:11
Flaqmanın Böyükağa Hacıyevə tapşırıldığı bildirilir.
"Neftçi"nin baş məşqçisi müəyyənləşib. Klub rəhbərliyi artıq yekun qərarını verib. Yunis Hüseynov, Nazim Süleymanov və Böyükağa Hacıyevin namizədliyini müzakirə edən rəhbərlik sonuncunun xeyrinə qərar verib.

Hacıyevə yaxın şəxslərdən birinin Fanat.az-a verdiyi məlumata görə, az öncə bitən iclasda o, baş məşqçi kimi təsdiqlənib. Rəsmi açıqlama sabah veriləcək.

Qeyd edək ki, Hacıyev "Bakı"nı Azərbaycan çempionu edib. Onun son iş yeri "Standard" olub. Hacıyev "Standard"ı Premyer Liqada saxlaya bilməyib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar