Neftçi klubu Avropada qolkiper axtarır
29 May 2011 Bazar 19:36
Azərbaycan çempionu Neftçi klubu Serbiyanın "Srvena Zvezda" klubunun qapıçısını transfer etmək istəyir.
"Neftçi" "Srvena Zvezda"nın qapıçısını transfer etmək istəyir. Sport.blic.rs saytı xəbər verir ki, Azərbaycan çempionu Serbiya klubunda forma geyinən qolkiper Saşa Stamenkoviçi heyətinə qatmağa çalışır. 26 yaşlı qapıçının hazırda "Srvena Zvezda" ilə birillik müqaviləsi var və o, komandanın əsas qapıçısı hesab olunur. Lakin yaxşı təklif olacağı halda, serblər Saşanı satmağa razılıq verəcək. Hər halda, serbiyalı jurnalistlər belə düşünür.

Qeyd edək ki, Saşa Stamenkoviç 5 yanvar 1985-ci ildə Leskovaç şəhərində dünyaya gəlib. 26 yaşlı qolkiper uzun boyu ilə diqqəti çəkir - 1.94 m. O, karyerası ərzində yalnız Serbiya klublarında çıxış edib. İndiyə qədər 78 oyunda meydana çıxan Saşa 2009-2010 mövsümündə Serbiya Kubokunu başı üzərinə qaldırıb, Serbiya Super Liqasının gümüş medalını qazanıb. Bu mövsüm o, 20 oyunda komandanın formasını geyinib.

Bundan əvvəl "Neftçi"nin "Qalatasaray"ın qapıçısı Robinson Zapata ilə danışıqlar apardığı deyildi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar