Neftçi klubu 5 illik həsrətə bu gün son qoya bilər
01 May 2011 Bazar 19:35
Neftçi 5 illik həsrətə bu gün son qoya bilər. "Qarabağ" "Bakı" ilə matçda xal itkisinə məruz qalıb.
Bu gün Azərbaycan Premyer Liqasında XXIX tura yekun vurulacaq. 3 qarşılaşmadan ikisi artıq baş tutub. “Muğan”ı qəbul edən “Turan” gözlənilmədən məğlub olub. Matçda yeganə qolu 42-ci dəqiqədə rəqib komandasının futbolçusu Taqim Novruzov vurub.

"Qarabağ" isə "Bakı" ilə matçda xal itkisinə məruz qalıb. Bu isə bilavasitə "Neftçi"nin işinə yarıyıb. Bekə ki, əgər bu gün saat 20.00-da başlayacaq matçda "Neftçi” AZAL-ı məğlub etsə, 5 illik çempionluq həsrətinə son qoyacaq.

“Turan” – “Muğan” -0:1
QOL: Taqim Novruzov, 42
Hakimlər: Vüsal Əliyev, Coşqun Həsənov, Azad Ə. Hüseynov, Orxan Məmmədov
Tovuz. Şəhər stadionu
Cari mövsümdəki oyunlar – 0:0, 1:1, 1:2

“Qarabağ” – “Bakı” - 2:2
QOLLAR: Georgi Adamiya, 60, Admir Teli, 89 - Zaur Həşimov, 22-öz qapısına, Vaqif Cavadov, 25
Hakimlər: Anar Salmanov, Vaqif Musayev, Mübariz Haşımov, Hacıəli Ağayev
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu
Cari mövsümdəki oyunlar – 2:0, 0:2, 0:0

AZAL – “Neftçi” ?:?
Bakı. Şüvəlan qəsəbəsindəki AZAL stadionu
Cari mövsümdəki oyunlar – 0:1, 0:0, 1:2

ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar