Neftçi İsraildə darmadağın edildi
01 Avqust 2012 Çərşənbə 23:44
Azərbaycan çempionunu Neftçi bundan sonra yalnız möcüzə xilas edə bilər.
Azərbaycan çempionu “Neftçi” UEFA Çempionlar Liqasının pley-off mərhələsinə çıxmaq üçün ilk oyununu keçirib. ANS PRESS-in verdiyi məlumata görə, İsraildə “Hapoel” (Kiryat Şmona) klubuna qarşı oyun komandamız üçün pis nəticələnib. Belə ki, Azərbaycan çempionu bu görüşdə darmadağın edilib. Qapısında 4 qol görən flaqmanımız növbəti mərhələyə çıxmaq şansını faktiki olaraq itirib. Bundan sonra yalnız möcüzə “Neftçi”ni xilas edə bilər.

Qeyd edək ki, rəqib komandanın qollarını Barak Badaş (42 pen.), Şimon Abuhadzira (52) və Brayan Gerziçiç (73; 76) vurub.



DOSTLARINLA PAYLAŞ:

oyunlar