Neftçi İnter klubuna məğlub olub
17 Dekabr 2011 Şənbə 21:46
Neftçi İnter klubuna məğlub olub. İki paytaxt klubunun qarşılaşmasında 3 qol vurulub.
Futbol üzrə Azərbaycan Premyer Liqasının 17-ci turuna yekun vurulub. Ölkə çempionatının son oyun günündə “İnter” doğma meydanda “Neftçi”ni qəbul edib.

Oyunun kiyayət qədər gərgin keçəcəyi əvvəlcədən məlum idi. Belə ki, matçın birinci hissəsi meydan sahiblərinin üstünlüyü şəraitində keçsə də, ilk fərqlənən tərəf “Neftçi” oldu. Qapıçı ilə üz-üzə qalan qonaqların futbolçusu Rəşad Abdullayevin ilk zərbəsini Georgi Lomaya qaytarsa da, 30 yaşlı yarımmüdafiəçi təkrar baş zərbəsi ilə hesabı açmağa nail olub: 0:1. İlk hissə elə bu hesabla da başa çatıb.

İkinci hissəyə fəal başlayan “Neftçi” 55-ci dəqiqədə hesabı artırmağa yaxın olsa da, “ağ qara”ların özbəkistanlı legioneri Bahodır Nəsimov penaltini qola çevirə bilməyib. Onun zərbəsini meydan sahiblərinin qapıçısı Lomaya ustalıqla dəf edib.

Vurmayana vurarlar prinsipini işə salan “İnter” qol istəyinə 63-cü dəqiqədə çatıb. Baçana Tsxadadze hesabda status-kvonunu bərpa edib: 1:1.

Bu qoldan 8 dəqiqə sonra “İnter” hesabda önə keçib. 71-ci dəqiqədə Kandelaki vurduğu qolla komandasına qələbə qazandırıb: “İnter” – 2 – “Neftçi” – 1.


DOSTLARINLA PAYLAŞ:

oyunlar