“Neftçi” hücumçusunu transferə çıxardı
01 Dekabr 2010 Çərşənbə 13:10
Fərid Quleyevin özünü doğrulda bilmədiyi deyilir
"Neftçi" klubunun hücumçu Fərid Quliyev transferə çıxarılıb. Flaqmanın baş məşqçisi Arif Əsədovun qərarı ilə yığmamızın forvardına özünə yeni klub axtarmaq tövsiyə edilib.

Bununla bağlı Arif Əsədov klubun rəsmi saytına fikirlərini bildirib: "Mövsümün əvvəlində Fərid Quliyevin gənc və perspektivli futbolçu kimi komandamıza transfer edilməsini lazım bildik. Deməliyəm ki, ona yetərincə şans verdik. "Neftçi" kimi iddialı klubda çıxış etmək üçün daha çox çalışmaq lazımdır. Quliyevə məhz bunları aşılamağa çalışdıq. Qeyd etməliyəm ki, son zamanlar məşqlərdə Fərid Quliyev özünü lazımi tərəfdən göstərə bilmirdi. Məhz buna görə də ona özünə yeni klub tapmağı tövsiyə etdik. Üstəlik, komandada Bahodir Nasimov, Emil Mpenza, U-21-in üzvü Ruslan Qurbanov kimi hücumçular da yer alır”.

Sonda “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov Fərid Quliyevə gələcək karyerasında uğurlar arzulayıb. Xatırladaq ki, Fərid Quliyev mövsümün əvvəlində Sumqayıtın “Standard” klubundan “Neftçi”yə transfer olunmuşdu.


DOSTLARINLA PAYLAŞ:

oyunlar