Neftçi Hapoel klubuna uğur qazana biləcəkmi?
01 Avqust 2012 Çərşənbə 12:01
Bu gün çempionumuz ÇL-in III təsnifat mərhələsi çərçivəsində ilk qarşılaşmaya çıxır.
Bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində növbəti oyunlar keçiriləcək. ANS PRESS-in məlumatına görə, bu mərhələdə təmsilçimiz "Neftçi" klubu səfərdə ilk görüşünə çıxacaq.

Daha öncə Gürcüstanın "Zestafoni" komandasını uğurla keçən son Azərbaycan çempionu bu dəfə İsraildə "Hapoel" (İroni Kiryat) klubunun qonağı olacaq.

Növbəti mərhələyə adlamaq üçün "ağ-qaralar" səfərdən sərfəli nəticə ilə ayrılmalıdırlar. Əks təqdirdə "Neftçi"nin Bakıda işini çətin salacaq.

Qeyd edək ki, bu komandalar arasında "Dalğa Arena"da baş tutacaq cavab görüşü isə avqustun 8-də, saat 21:00-da başlayacaq.

Bu gün oynanacaq qarşılaşma isə Bakı vaxtı ilə 21:30-da start götürəcək.

Xaırladaq ki, Çempionlar Liqasının III təsnifat mərhələsinə ötən gücə start verilib. İlk qarşılaşmalarda "Dinamo" (Kiyev) Ukraynada "Feyenoord"a 2:1, "Panatinaikos" isə səfərdə Şotlandiyanın "Motherwell" klubuna 2:0 hesabı ilə qalib gəlib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar