Neftçi Gürcüstandan başıuca qayıda biləcəkmi?
24 İyul 2012 Çərşənbə Axşamı 12:16
Bu gün Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab qarşılaşmaları keçirilir.
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində bu gün Bakı vaxtı ilə saat 22:00-da, Gürcüstanın Zestafoni şəhərindəki David Abaşidze adına stadionda "Zestafoni" - "Neftçi" oyunu keçiriləcək.

ANS PRESS-in AFFA-ya iustinadən verdiyi məlumata görə, qarşılaşmanı adları aşağıda göstərilmiş hakimlər idarə edəcək:
Baş hakim: Artyom Kuçin
Baş hakimin köməkçiləri: Yevgeni Belski, Alibek Aubakirov
Dördüncü hakim: Ruslan Duzmambetov
(Hakimlər briqadası Qazaxıstandandır).

Xatırladaq ki, bir həftə əvvəl Bakıda keçirilən ilk qarşılaşmada çempionumuz rəqibini 3:0 hesabı ilə məğlub etmişdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar