Neftçi futbolçusunu pulsuz satıb
19 Fevral 2010 Cümə 17:20
Neftçi klubunun futbolçusu Araz Abdullayevi transfer edən "Rubin" Bakı klubuna heç nə ödəməyib
"Neftçi" Araz Abdullayevin transferinə görə əvvəlcədən heç nə qazanmayacaq. Futbolçunun transfer olunduğu "Rubin" klubunun rəsmiləri ilə Bakı klubunun rəhbərliyi arasında aparılan danışıqlar prosesi zamanı əldə olunan razılığa əsasən, ruslar bu transferə görə kompensasiya ödəməyəcək.
Amma "Neftçi" gələcəkdə Araza görə pul qazana bilər. Belə ki, Bakı və Kazan klubları arasındakı anlaşmaya əsasən, Abdullayev başqa bir kluba transfer olunacağı halda, müəyyən bir məbləğ "Neftçi"nin hesabına köçəcək.
Artıq konkret məbləğ də müəyyənləşib. "Neftçi" Arazın transferindən 20 faiz qazanacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: