Neftçi futbolçusu Slavço Qeorgiyevski açıqlama verib
11 İyul 2011 Bazar Ertəsi 23:33
Neftçi futbolçusu Slavço Qeorgiyevski: “Növbəti raunda vəsiqə almaq üçün əlimizdən gələni edəcəyik”.
“Neftçi” komandasının futbolçusu Slavço Qeorgiyevski klubun rəsmi saytına müsahibəsində çempionlar liqasının II təsnifat raundu çərçivəsində Zaqrebin “Dinamo” komandası ilə qarşıdakı görüşlər barədə danışıb.

Onun sözlərinə görə, komandada çox gözəl şərait yaranıb: "Biz hazırlıq prosesindən çox razıyıq. Fikrimcə, məşq toplantıları səmərəli olub. Biz “Dinamo” ilə oyunlara həm fiziki, həm də psixoloji cəhətdən hazırıq. Xorvatiya çempionundan qorxmuruq. Eyni zamanda, rəqibimizə hörmətlə yanaşırıq".

Futbolçu deyib ki, “Dinamo” son illərdə Avropada uğurlu çıxış edib: "Bu klubun öz ənənələri və zəngin tarixi var. “Dinamo”nun heyətində güclü futbolçular oynayır. Lakin “Neftçi” də böyük klubdur. Bizim klubun da zəngin tarixi, çoxlu güclü oyunçuları var. Mən deyərdim ki, biz rəqibdən qorxmuruq və növbəti raunda vəsiqə qazanmaq üçün əlimizdən gələni edəcəyik”. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar