Neftçi etiraz edir
27 Oktyabr 2010 Çərşənbə 11:15
Neftçi klubu AFFA-nın Apellyasiya və Ekspert Komitəsinə müraciət edib.
“Neftçi” futbol klubu AFFA-nın Apellyasiya və Ekspert Komitəsinə müraciət edib. Klub AFFA İntizam Komitəsinin iclasında "Neftçi"nin məşqçisi Bəxtiyar Musayevə 5 oyunluq cəza verilməsi ilə bağlı qərarına etiraz edir.

"Ümumiyyətlə, "Gəncə" ilə görüşdə mənim baş hakim Elçin Məmmədovla heç bir söz duelim olmayıb. Təbii ki, belə olan halda mənim onu təhqir etməyim də mümkün deyil. Nədən mənim haqqımda belə qərar çıxarıldığını hələ də anlaya bilmirəm. Futbolçuluq dönəmində də hakimləri təhqir etməmişəm", – deyə Bəxtiyar Musayev klubun rəsmi saytına bildirib.

Xatırladaq ki, AFFA İntizam Komitəsi oktyabrın 23-də keçirilmiş Unibank Premyer Liqasının 10-cu turunun "Neftçi" – "Gəncə" oyununun fasiləsi zamanı Musayevin hakimi təhqir etdiyini əsas gətirərək məşqçini cəzalandırıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar