Neftçi en çox qayda pozan komanda olub
19 Mart 2014 Çərşənbə 08:06
Topa sahib olmada, qapıya zerbelerde, deqiq ötürmelerde Simurq diger komandalardan üstün olub.
Premyer Liqanın 26-cı turun en yaxşı 11-liyi müeyyenleşib.

ANS PRESS-in xeberine göre, "InStat Football" şirketinin Peşekar Futbol Liqasına teqdim etdiyi statistik melumatlara esasen öten turun remzi komandasına aşağıdakı futbolçular teşkil edib:

Qapıçı – İbrahim Sehiç (Qarabağ)
Müdafieçiler – Ansi Aqolli (Qarabağ), Admir Teli (Qarabağ), Karlos Kardoso (Neftçi), Maksim Medvedev (Qarabağ)
Yarımmüdafieçiler – Muarem Muarem (Qarabağ), Riçard Almeyda (Qarabağ), Marinaldo da Silva (Qarabağ), Leroy Corc (Qarabağ)
Hücumçular – Vüqar Nadirov (Qarabağ), Draqan Çeran (Simurq)

Topa sahib olmada, qapıya zerbelerde, deqiq ötürmelerde “Simurq” diger komandalardan üstün olub. “Bakı” klubu mübarizelerde ve top itkilerinde ferqlenib. en çox qayda pozuntusuna ise “Neftçi” futbolçuları yol verib. “Xezer Lenkeran”lı Dejan Blajevski qapıya en çox zerbe endiren, “Simurq”lu Anderson Olivyera ise deqiq ötürme veren futbolçudur. Onun komanda yoldaşı Benjamin Lambot ise hava mübarizelerinde hamıdan üstün olub. “Sumqayıt”lı Uğur Pamuk hamıdan çox – 25 defe top itkisine yol verib.

Turun en yaxşı oyunçusu ise “Qarabağ”lı Vüqar Nadirovdur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar