Neftçi – Dinamo oyunu canlı yayımlanacaq
19 İyul 2011 Çərşənbə Axşamı 10:04
Neftçi – Dinamo oyunu canlı yayımlanacaq. “Flaqman” azarkeşləri qarşısında bəraət qazanmağa çalışacaq.
Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək ANS PRESS-in AFFA-ya istinadən verdiyi məlumata görə, “Neftçi” (Azərbaycan) – “Dinamo” (Zaqreb, Xorvatiya) qarşılaşması “İdman Azərbaycan” telekanalı vasitəsi ilə canlı yayımlanacaq.

Qeyd edək ki, iyulun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:00-da start götürəcək.

Xatırladaq ki, “Neftçi” “Dinamo” ilə Zaqrebdə baş tutan ilk qarşılaşmada rəqibinə 0:3 hesabı ilə uduzmuşdu. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar