“Neftçi”də şok
24 Noyabr 2010 Çərşənbə 12:30
Klubun qapıçısının 3 aylıq sıradan çıxıb
“Neftçi” futbol klubunda “zədə epidemiyası” yayılıb. Futbol klubundan ANS PRESS-ə verilən məlumata görə, bu günlərdə klubun qolkiperlərindən olan litvalı Paulius Qribauskasının ciddi zədə aldığı məlum olub. Belə ki, həkimlərin müayinəsindən sonra litvalı futbolçunun əzələ bağlarının qopduğu aşkarlanıb.

Qapıçının əməliyyat olunacağı dəqiqləşib. Əməliyyatdan sonra isə futbolçu klub həkimlərinin nəzarəti altında müalicə kursu keçəcək. Paulius Qribauskasın 3 aydan sonra məşqlərə başlayacağı ehtimal olunur.

Xatırladaq ki, Paulas Qribauskas Unibank Premyer Liqasının XII turunda "İnter"lə görüşdə zədələnərək yerini Rauf Mehdiyevə vermişdi.

Bundan əvvəl isə, klubun futbolçusu Flavinyo Unibank Premyer Liqasının 13-cü turu çərçivəsində "Muğan"la görüşün 16-cı dəqiqəsində zədələnmişdi.














DOSTLARINLA PAYLAŞ:

oyunlar