“Neftçi” daha iki futbolçusu ilə yollarını ayırdı
10 Fevral 2011 Cümə Axşamı 17:20
Fərid Quliyev vəTural Nərimanov icarəyə verilib
"Neftçi" futbol klubu daha iki futbolçusunu icarəyə verib. ANS PRESS-in “Neftçi” klubuna istinadən verdiyi məlumata görə, Fərid Quliyev bu mövsümün sonuna qədər “Simurq” klubuna icarəyə verilib.

Komandanın digər üzvü Tural Nərimanov isə icarə əsasında MOİK klubunun şərəfini qoruyacaq.

Xatırladaq ki, bir qədər əvvəl “Neftçi”nin 4 üzvü - Eşqin Quliyev, Orxan Həsənov, Slavik Alxazov və Ruslan Tağızadə "Abşeron" klubuna icarəyə verilmişdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar