Neftçi daha bir super transfer reallaşdırdı
10 İyul 2010 Şənbə 14:25
Neftçi İqor Mitrefski ilə iki illik müqavilə imzalayıb.
"Neftçi" futbol klubu daha bir futbolçunun keçidini reallaşdırıb. Belə ki, bundan sonra Makedoniya futbol tarixinin ən titullu futbolçularından biri, yığmanın kapitanı İqor Mitreski "Neftçi"nin şərəfini qoruyacaq.

Klubdan ANS PRESS-ə verilən məlumata görə, Makedoniya yığmasının üzvü "Neftçi" ilə iki illik müqavilə imzalayıb. Rusiya və Almaniya kimi güclü ölkələrin çempionatlarında çıxış təcrübəsinə malik Mitreski ampluaca müdafiəçidir.

Xatırladaq ki, Makedoniya yığmasının heyətində 62 oyunda 1 qol vuran Mitreskinin son klubu Bolqarıstan təmsilçisi ÇSKA (Sofiya) olub. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar