Neftçi daha bir futbolçunu heyətinə qatdı
22 İyun 2010 Çərşənbə Axşamı 14:50
Neftçi daha bir futbolçunu heyətinə qatdı. Qapıçı Rauf Mehdiyevlə rəsmi müqavilə imzalanıb.
"Neftçi" mövsümlərarası fasilədə daha bir transfer həyata keçirib. Flaqman təcrübəli qapıçı Rauf Mehdiyevi heyətə cəlb edib.

Klubdan verilən məlumata görə, futbolçunun məxsus olduğu "Muğan" rəhbərliyi ilə aparılan danışıqlar uğurla nəticələnib və yekunda Mehdiyevlə rəsmi müqavilə imzalanıb. Bu arada milli komandamızın üzvü, hazırda klubsuz olan Zeynal Zeynalov öz xahişi əsasında "Neftçi"nin məşqlərinə qatılıb.

Fiziki formasını qorumaq istəyən yarımmüdafiəçiyə "ağ-qaralılar"ın heyətində məşq keçməyə şərait yaradılıb. Onun klubda qalıb-qalmayacağı barədə son qərarı baş məşqçi Arif Əsədov verəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar