"Neftçi" Çernoqoriya çempionunu udub
03 Fevral 2011 Cümə Axşamı 22:55
Qarşılaşma 2:1 hesabı ilə "ağ-qaralar"ın xeyrinə başa çatıb
Antalyada qış toplanışını davam etdirən "Neftçi" növbəti yoxlama oyununu keçirib. Paytaxt təmsilçisi Çernoqoriyanın "Rudar" klubu ilə qarşılaşıb. Oyun "Neftçi"nin 2:1 hesablı qələbəsi ilə yekunalışb. Klub prezidenti Sadıq Sadıqovun da canlı izlədiyi matçda "Neftçi"dən Bahodir Nasimovla Rəşad Abdullayev, rəqibdən isə İvanoviç fərqlənib.

Qeyd edək ki, "Neftçi" Türkiyədəki hazırlıq prosesinin ilk mərhələsində bir yoxlama oyunu keçirib və Rusiyanın I liqa təmsilçisi "SKA-Energiya" ilə heç-heçə oynayıb - 1:1. İkinci hazırlıq prosesində isə dörd sınaq matçı keçirilib. "Rudar"dan başqa "Neftçi" Ukraynanın "Arsenal" (Kiyev, 2:1), Avstriyanın "Şturm" (Qarz, 2:0), Bosniya və Hersoqovinanın "Çelik Zenitsa" (1:0) klublarını məğlub edib. Bahodir Nasimov bu oyunlarda 4 qola imza atıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar