Neftçi Çempionlar Liqası ilə erkən vidalaşdı
19 İyul 2011 Çərşənbə Axşamı 23:22
Azərbaycan çempionu Neftçi Bakıda Zaqreb "Dinamo"sundan intiqamını ala bilməyib.
Bu gün Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyunlarına start verilib. Bakının “Neftçi” klubu paytaxtda Zaqreb “Dinamo” ilə üz-üzə gəlib. Bakılılar ötən həftə Xorvatiyada keçirilmiş oyunda aldıqları məğlubiyyətin əvəzini çıxa bilməyib.
Qarşılıqlı hüçumlarla yadda qalan matçda futbolçularımız hesabı açmağa səylər göstərsələr də, buna nail ola bilməyib. “Neftçi”nin qolkiperi Saşa Stamenkoviçin komandasını dəfərlərlə xilas etdiyini vurğulamaq lazımdır. Həmçinin oyunun 78-ci dəqiqəsində Cavid Hüseynovun real qol şansını əldən verdiyini qeyd etmək yerinə düşərdi. Beləliklə qarşılaşma 0:0 hesabı ilə bitib. Bu nəticə “Neftçi”nin Avropanın ən titullu turnirinə erkən vida etməsini rəsmiləşdirdi.
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: