Neftçi Çempionlar Liqası hazırlıqlarına başladı
08 İyun 2011 Çərşənbə 11:33
Neftçi klubu Çempionlar Liqası hazırlıqlarına başladı. Futbolçuların bir qismi tibbi müayinədən keçiblər.
"Neftçi" futbol klubu UEFA Çempionlar Liqasının 2011/12 mövsümünün hazırlığına start verib. ANS PRESS-in “Neftçi” klubuna istinadən verdiyi məlumata görə, flaqman futbolçularının bir qismi məşq edib, digərləri isə tibbi müayinədən keçiblər.

Baş məşqçi Arif Əsədovun rəhbərliyi altında keçən hazırlıqda futbolçular isinmə hərəkətləri və yüngül qaçışla kifayətləniblər. Qeyd edək ki, müxtəlif yığma komandaların düşərgəsində olan futbolçular hazırlığa qatılmayıb.

Xatırladaq ki, “Neftçi” və digər klublarımızın Avrokuboklardakı rəqibləri iyunun ayının 20-də keçiriləcək püşkatma nəticəsində müəyyənləşəcək. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar