"Neftçi" "Beşiktaş"a uduzmadı
03 İyul 2010 Şənbə 23:40
"Neftçi" və "Beşiktaş" yoxlama matçı Avstriyada baş tutub.
Avstriyanın Tirol əyalətinə təlim-məşq toplanışı keçmək üçün yollanan "Neftçi" ilk yoxlama görüşünü Türkiyə nəhəngi "Beşiktaş"a qarşı keçirib. Oyunda hesabı 24-cü dəqiqədə "Neftçi" açıb. Cərimə zərbəsindən ötürülən topu iki futbolçumuz ayaqları arasından buraxdıqdan sonra Ruslan Abışov dəqiq zərbəylə Rüştünün qoruduğu qapıdan keçirib. "Beşiktaş" yalnız son dəqiqələrdə Erkan Kaşın qolu sayəsində məğlubiyyətdən yaxa qurtarıb. 83-cü dəqiqədə vurulmuş bərabərlik qolundan sonra hesab dəyişməyib və matç 1:1 hesabı ilə başa çatıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar