“Neftçi” Belçika yığmasının futbolçu Emil Mpenza ilə müqavilə bağlayıb
02 Avqust 2010 Bazar Ertəsi 13:05
Emil Mpenza Bakının “Neftçi” klubunun şərəfini qoruyacaq. Apasport saytının məlumatına görə, bu barədə Belçika mətbuatı yazıb.

Xəbərdə Belçika yığmasının hücumçusunun bakılılarla 3 illik müqavilə imzaladığı bildirilir. 32 yaşlı futbolçunun son klubu İsveçrədə “Syon” olub.

Mpenza Belçika millisinin heyətində 57 oyun keçirib və 19 qol vurub. Azərbaycana qarşı da oynamış hücumçu “Şalke-04”, “Hamburq” və “Mançester Siti” kimi klubların şərəfini qoruyub.

“Neftçi” klubunun baş məşqçisi Arif Əsədov isə apasport.az saytına açıqlamasında xəbəri nə təsdiq, nə təkzib edib: “Mpenza Bakıya sabah gələcək. Bundan sonra hər hansı açıqlama verə bilərəm”. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar