Neftçi baş meşqçisi Böyükağa Hacıyev istefa verdi
25 İyul 2013 Cümə Axşamı 18:13
Rehberlik Böyükağa Hacıyev in müqavilesine xitam verib.
Bu gün "Neftçi"nin prezidenti Sadıq Sadıqovun rəhbərliyi ilə klubdaxili iclası keçirilib. Klubdan Trend-ə bildiriblər ki, iclasda baş məşqçi Böyükağa Hacıyev istefa ərizəsini klub prezidentinə təqdim edib. Onun istefa ərizəsi qəbul olunub və qarşılıqlı razılıq əsasında Böyükağa Hacıyevlə müqaviləyə xitam verilib. Klub prezidenti köməkçi məşqçilərin işini davam etdirməsini məqsədəuyğun hesab edib.
"Neftçi" sabahdan etibarən məşqlərini bərpa edəcək. Komandanın hazırlığı məşqçilər korpusuna həvalə edilib.
DOSTLARINLA PAYLAŞ: