Neftçi baş məşqçi Arif Əsədov ilə yeni müqavilə imzaladı
14 İyun 2010 Bazar Ertəsi 12:15
Arif Əsədov Neftçi klubunu çalışdırmaqda davam edəcək.
"Neftçi" futbol klubunda yeni təyinatlar gerçəkləşib. Klubun əsas komandasının baş məşqçisi Arif Əsədovla klub arasında rəsmi müqavilə imzalanıb.

Klubdan verilən məlumata görə, Elmir Xankişiyev və Bəxtiyar Musayev baş məşqçinin köməkçisi vəzifəsinə təyin olunublar. Nazim Əliyev isə flaqmanın Uşaq və Gənclər Futbol Məktəbində baş məşqçi vəzifəsini yerinə yetirəcək.

Xatırladaq ki, “Neftçi” klubu bu mövsümün yekunlarına görə Unibank Premyer Liqasında 5-ci yeri tutmuşdu. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar