"Neftçi" Bakıda büdrədi
21 Noyabr 2010 Bazar 19:05
Flaqman "Qəbələ" ilə "sülh" bağlamaq məcburiyyətində qalıb
Premyer Liqada XIV tura yekun vurulub. Günün ilk qarşılaşması "Şəfa" stadionunda baş tutub.AZAL - "Qarabağ" görüşündə 70-ci dəqiqəyə qədər "Qarabağ" oyuna nəzarət etsə də, meydandan AZAL üç xalla ayrılıb. 73-cü dəqiqədə Zohair Benouahi hesabı açıb. 84-cü dəqiqədə dublunu rəsmiləşdirən mərakeşli futbolçu matçın nəticəsini müəyyənləşdirib.
Lider "Neftçi" isə bu turda "Qəbələ"ni qəbul edib. Son 7 oyunda məğlubiyyət acısı dadmayan Toni Adamsın komandası Bakıya da iddialı gəlmişdi. Komandalar 90 dəqiqə ərzində dəfələrlə qola yaxın olsa da, hesab açılmayıb və tərəflər hərəyə bir xal qazanıb.
Günün digər qarşılaşması Lənkərana keçirilib. İlk dövrədə doğma meydanda Lənkəran təmsilçisindən xal alan "Muğan" Lənkərana xal ardınca yollansa da, buna nail ola bilməyib. "Simurq"la oyunda komandasına qələbə qazandıran Alim Qurbanov bu dəfə də "Xəzər Lənkəran"ın qəhrəmanına çevirilib. 30-cu dəqişədə hesabı açan Qurbanov 68-ci dəqiqədə dublunu rəsmiləşdirib. Oyun bu hesabla da başa çatıb.
Qeyd edək ki, turun 3 oyunu dünən keçirilib. "Bakı" MOİK-i 4:0, "İnter" "Turan"ı 3:0 hesabı ilə məğlub edib. "Simurq" və "Gəncə" isə heç-heçə oynayıb - 0:0.
XIV tur
AZAL - Qarabağ 2:0
Qol: Zohair Benouahi, 73; 84.
Neftçi - Qəbələ 0:0
Xəzər Lənkəran - Muğan 2:0
Qol: Alim Qurbanov, 30; 68.
DOSTLARINLA PAYLAŞ: