Neftçi"-"Bakı" matçında Röya oxuyacaq
17 May 2012 Cümə Axşamı 12:58
Azərbaycan kuboku uğrunda final oyunu bu gün "Dalğa Arena"da keçiriləcək.
Bu gün 2011/2012-ci il mövsümü Azərbaycan kubokunun final oyunu keçiriləcək. Mərdəkan qəsəbəsində yerləşən "Dalğa Arena" stadionunda baş tutacaq final qarşılaşmasına paytaxtın iki komandası - "Neftçi" və "Bakı" üz-üzə gələcək.
Peşəkar Futbol Liqasından AN SPRESS-ə verilən məlumata görə, final oyunundan öncə isə saat 18:30-dan etibarən azarkeşlər üçün populyar müğənnilər - Röya və Aygün Kazımovanın, həmçinin meyxanaçılar Rəşad Dağlı və Pərviz Bülbülənin iştirakı ilə möhtəşəm şou-proqram təşkil olunacaq.
Qeyd edək ki, Azərbaycan kubokunun "Neftçi" - "Bakı" final oyunundan sonra uduşlu lotereya keçiriləcək. Lotereyada KİV nümayəndələri üçün 2 ədəd notbuk, azarkeşlər üçün isə 1 ədəd DVD oxuducu, 1 ədəd televizor və "Renault Azərbaycan"ın təqdim etdiyi 1 ədəd "Renault Logan" avtomobili oynanılacaq.
DOSTLARINLA PAYLAŞ: