“Neftçi” - “Adanaspor” görüşü yarımçıq dayandırılıb
01 Avqust 2009 Şənbə 12:40
Türkiyənin İzmit şəhərində təlim-məşq toplanışında olan Bakının “Neftçi” klubunun növbəti yoxlama oyunu yarımçıq dayandırılıb.
Apasport.az saytının məlumatına görə, qardaş ölkənin birinci liqasında çıxış edən “Adanaspor” klubu ilə görüşən komandamız Kartəpə vilayətinə güclü duman çökməsinin əziyyətini çəkib. Bu, oyunun ikinci hissəsində baş verib və görüş başa çatdırılmayıb. Həmin ana qədər hesab 2:2 olub. “Neftçi”nin “İnter”dən transfer etdiyi Valter Quqlemon yenə məhsuldarlığını nümayiş etdirərək, bu dəfə dubl edib.
Qeyd edək ki, Kartəpədə hazırlıq prosesi keçən digər klubumuz “Qəbələ” də bir müddət öncə eyni aqibətlə üzləşmişdi. Qəbələlilərin də Türkiyə birinci liqa təmsilçisi “Kayseri-Ərciyyəspor”la yoxlama oyunu baş tutmamışdı.


DOSTLARINLA PAYLAŞ:

oyunlar