"Neftçi" 6 futbolçunu icarəyə verdi
08 Avqust 2011 Bazar Ertəsi 21:18
Paytaxt klubu "Sumqayıt"la anlaşma əldə edib
“Neftçi” 6 futbolçusunu icarəyə verib. Klubun mətbuat xidməti xəbər verib ki, komandanın aşağı yaş qruplarında yetişmiş Eşqin Quliyev (20 yaşı), Orxan Həsənov (19 yaş), Slavik Alxasov (18 yaş), Ruslan Tağızadə (17 yaş), Kamil Nurəhmədov (20 yaş) və Emil Balayev (17 yaş) "Sumqayıt"a icarəyə verilib.

Müxtəlif milli komandaların üzvü olan futbolçular icarə əsasında mövsümün sonunadək Sumqayıt təmsilçisinin şərəfini qoruyacaq.

Qeyd edək ki, bu fubtolçulardan Ruslan Tağızadə, Slavik Alxasov, Kamil Nurəhmədov və Eşqin Quliyev I turun "Xəzər Lənkəran"la oyununda meydana start heyətində çıxıblar və 90 dəqiqə oynayıblar. Eşqin hətta komandasının yeganə qoluna imza atıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar