Neftçi 4 futbolçusunu icarəyə verdi
22 Yanvar 2011 Şənbə 14:55
Neftçi gənc futbolçularının oyun praktikalarını itirməməsi üçün bu yola əl atıb.
Bakının “Neftçi” klubu dörd futbolçusunu icarəyə verib. Bunlar müxtəlif yaş qrupları üzrə yığma komandalarımızın da şərəfini qoruyan Eşqin Quliyev, Orxan Həsənov, Slavik Alxasov və Ruslan Tağızadədir.

ANS PRESS-in “Neftçi” klubuna istinadən verdiyi məlumata görə, bu futbolçular oyun praktikalarını itirməmək üçün birinci divizionun lideri “Abşeron” klubuna icarəyə veriliblər. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar