Neftçi 2200 manat zərərə düşdü
02 Aprel 2013 Çərşənbə Axşamı 14:13
AFFA-nın İntizam Komitəsi klubu cəzalandırdı.
AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. ANS PRESS-in Peşəkar Futbol Liqasına istinasən verdiyi xəbərə görə, “İnter” - “Neftçi” ” matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimələnib. Ancaq bu oyunda cəzalar bununla bitməyib və cəzadan pay qonaqlara da düşüb.
Oyunun 28-ci dəqiqəsində “Neftçi”nin azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün kluba 2000 manat cəza tətbiq olunub.
Matçın 74-cü dəqiqəsində “Neftçi”nin yarımmüdafiəçisi Rəşad Sadiqov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün növbəti turu buraxacaq, klubu isə AFFA-nın xəzinəsinə 200 manat cərimə ödəməlidir.
DOSTLARINLA PAYLAŞ: