Neftçi 2011-ci ildə ilk oyununa çıxdı
19 Yanvar 2011 Çərşənbə 22:55
Neftçi Türkiyədə Rusiyanın I divizion komandası ilə "sülh" bağlayıb.
Türkiyədə təlim-məşq toplanışında olan "Neftçi" 2011-ci ildə ilk oyununa çıxıb. Bakı klubu Rusiyanın I divizionunda çıxış edən "SKA-Energiya" ilə qarşılaşıb. Oyunun ilk yarısında Emil Mpenza hesab açsa da, hakim ofsayd qeydə alıb. Əvəzində Ruslan Qurbanov 73-cü dəqiqədə "Neftçi"ni sevindirib. Lakin komandamızın sevinci 4 dəqiqə çəkib və Adrian tarazlığı bərpa edib.

Bu oyunda "Neftçi"nin baş məşqçisi Arif Əsədov komandada baxışda olan Əlcəzair əsilli Fransa vətəndaşı Yasin Himanı baxışdan keçirib. O, matçın ikinci yarısında meydana çıxıb.

Əslində "Neftçi" bu gün Rusiyanın "Rubin" klubunun əvəzedici heyəti ilə qarşılaşmalı idi. Lakin Kazan təmsilçisi ötən gün oyunun vaxtının dəyişdirilməsi ilə bağlı müraciət etdiyindən "Neftçi" "Rubin"lə oyundan imtina etmişdi.

Neftçi (Azərbaycan) - SKA-Energiya (Rusiya) 1:1
Qollar: Ruslan Qurbanov, 73 - Adrian, 77. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar