NBC Bank Azərbaycan kubokunun ən yaxşıları seçilib
25 May 2011 Çərşənbə 00:42
“Rəvan” klubunun futbolçusu Rəşad Məmmədovun AZAL komandasının qapısına vurduğu qol turnirin ən yaxşı qolu oldu
NBC Bank Azərbaycan kubokun ən yaxşı qolunun müəllifi və final oyununun ən yaxşı oyunçusu müəyyənləşıb. ANS PRESS-in Peşəkar Futbol Liqasının internet saytına istinadən verdiyi məlumata görə, “Rəvan” klubunun futbolçusu Rəşad Məmmədovun AZAL komandasının qapısına vurduğu qol turnirin ən yaxşı qolu, “Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayev isə NBC Bank Azərbaycan kubokunun final oyununun ən yaxşı oyunçusu seçilib. Qaliblərə NBC Bank tərəfindən xüsusi mükafatlar təqdim olunacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar