NBC Bank Azərbaycan kuboku, günün oyunları
08 Mart 2011 Çərşənbə Axşamı 10:51
Mərkəzi qarşılaşma Lənkəran şəhərində keçiriləcək
Bu gün keçiriləcək 3 oyunla NBC Bank Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək.

ANS PRESS-in Peşəkar Futbol Liqasına istinadən verdiyi məlumata görə, günün mərkəzi oyunu Lənkəran şəhər mərkəzi stadionunda baş tutacaq. Burada “Xəzər Lənkəran” “Neftçi” klubunu qəbul edəcək. Günün oyun cədvəlini təqdim edirik:

"İnter" - "Abşeron"
(ilk oyun: 1:0)
Hakimlər: Rauf Cabbarov, Elşən Acalov, Mübariz Haşımov, Əfqan Həmzəyev
AFFA nümayəndəsi: Əziz Əliyev
Hakim-inspektor: Fazil Mürşüdov
"Şəfa" stadionu. Saat 16:00

"Xəzər Lənkəran" - "Neftçi"
(ilk oyun: 4:3)
Hakimlər: Vüsal Əliyev, İlham Əliyev, Azad Q. Hüseynov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Gülağa Cabarov
Lənkəran şəhər mərkəzi stadionu. Saat 18:00 (canlı, "İdman Azərbaycan")

"Bakı" - "Qəbələ"
(ilk oyun: 0:0)
Hakimlər: Elçin Məmmədov, Ramiz Əsədov, Habil Əliyev, Ceyhun Haşımov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Asim Xudiyev
Tofiq Bəhramov adına Respublika stadionu. Saat 16:00 (canlı, "İdman Azərbaycan").


DOSTLARINLA PAYLAŞ:

oyunlar