Nazim Süleymanov “Rostov”da təcürbə keçir
17 Dekabr 2011 Şənbə 15:16
AZAL-ın baş məşqçisi Nazim Süleymanov Rusiyanın gündəlik idman qəzeti "Sport-express"ə müsahibə verib.
AZAL futbol klubunun baş məşqçisi, SSRİ ali çempionlar liqasında vurulan qolların sayına görə "Alaniya" komandasının rekordçusu olmuş Nazim Süleymanov hazırda “Rostov”da təcrübə keçir. Bu barədə Nazim Süleymanov Rusiyanın gündəlik idman qəzeti "Sport-express"ə müsahibəsində bildirib.
"Azərbaycanda PRO trener lisenziyasını almaq üçün xaricdə ikihəftəlik təcrübə keçmək lazımdır. Öncə mən Xarkovda bir həftə staj keçdim, indi isə Rostov şəhərindəyəm", deyə o qeyd edib.
"Nə üçün seçimi məhz bu klubun üzərində saxladınız?" sualını isə baş məşqçi belə cavablandırıb: "Səbəbəri bir neçədir. Birincisi, Rostov – böyük ənənələri olan futbol şəhəridir. Yaxşı xatırlayıram ki, ittifaq vaxtı bütün ölkədə yüksək səviyyəli oyunçular yetişdirən Rostov əks-səda doğururdu. İkincisi, çox şey öyrənə biləcəyim klubun baş direktoru Yuri Belousla tanışam. Üçüncüsü, burada hörmət etdiyim çoxdankı dostum inkişaf direktoru Qleb Qutiyev işləyir. Dördüncüsü, Rostov yerində dayanmayan, inkişaf edən premyer liqadır".
DOSTLARINLA PAYLAŞ: