Nazim Süleymanov: "Revanş götürməyi çox arzulayırdıq"
13 Mart 2011 Bazar 20:34
Nazim Süleymanov: "Sevinirəm ki, bu istəyimizə nail olduq".
AZAL-ın baş məşqçisi Nazim Süleymanov “Xəzər Lənkəran”la oyunu şərh edib. Liderin əsas izləyicisi üzərində minimal hesablı qələbəyə sevinən paytaxt klubunun çalışdırıcısı bunları dilə gətirib: “Futbolçularımdan razı qaldım. Onlar çox yaxşı oyun keçirdilər. Baxmayaraq ki, çox çətin oyun oldu. Biz bu mövsüm iki dəfə “Xəzər Lənkəran”a məğlub olmuşduq. Buna görə də revanş götürməyi çox arzulayırdıq. Sevinirəm ki, bu istəyimizə nail olduq”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar