Nazim Süleymanov Fulhem klubunu gözləyirdi
20 İyun 2011 Bazar Ertəsi 23:04
Amma püşk AZAL-a Belarus çempionatda çıxış edən komandanı "hədiyyə" edib.
"Hazırda Belarusda çempionat davam edir. Buna görə də "Minsk" bizdən yaxşı formadadır". Bu sözləri AZAL-ın baş məşqçisi Nazim Süleymanov deyib. Avropa Liqasındakı rəqiblərini dəyərləndirən çalışdırıcı artıq "Minsk" haqqında informasiya toplayıb: "Bu komanda haqqında bir az informasiya topladım. "Minsk" ölkə çempionatında 17 xalla 6-7-ci yerdədir. Oyunları ilə bağlı elə də böyük informasiyam yoxdur. Ancaq oyunlarının disklərinə baxdıqdan sonra nəsə deyə biləcəm".

Sən demə, N.Süleymanov "Fulhem"i rəqib kimi arzulayırmış: "Gözləyirdik ki, rəqibimiz "Fulhem" olsun. Amma İngiltərə klubu bizə rəqib olmadı". ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar