Naxçıvan kuboku start götürəcək
16 Noyabr 2009 Bazar Ertəsi 19:35
Naxçıvan kuboku start götürəcək. Turnirdə Azərbaycan, Türkiyə, İran və Rusiya güləşçiləri mübarizə aparacaq.
Noyabrın 17-də sərbəst güləş üzrə yeniyetmələr arasında “Naxçıvan kuboku” uğrunda beynəlxalq turnir keçiriləcək. Turnirin keçirilməsində məqsəd Naxçıvan Muxtar Respublikasında güləş ənənələrinin bərpası, habelə yeniyetmələr arasında sərbəst güləşin inkişafına və kütləviliyinə nail olmaqdır.

Şərur Olimpiya İdman Kompleksində keçiriləcək turnirdə 32, 35, 38, 42, 47, 53, 59, 66, 73 və 85 kiloqram çəki dərəcələrində 1996-1997-ci il təvəllüdlü 70-ə yaxın idmançı mübarizə aparacaq.

Turnirdə Azərbaycan idmançıları ilə yanaşı, Türkiyə, İran, Rusiya komandalarının da mübarizə aparacağı gözlənilir. Qaliblər Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar