Nataşa Osmokroviç karyerasını Azərbaycanda davam etdirəcək
14 May 2011 Şənbə 11:17
Nataşa Osmokroviç “Rabitə” voleybol klubu ilə müqavilə imzalayıb.
Qadın voleybolçulardan ibarət “Rabitə” klubu heyətini bir qədər də gücləndirib. ANS PRESS-in məlumatına görə, son Azərbaycan çempionu 2009-cu ildən bəri Türkiyənin “Fənərbaxça Acıbadem” klubunun formasını geyinən xorvat voleybolçu Nataşa Osmokroviçlə müqavilə imzalayıb. “Rabitə”nin 35 yaşlı təcrübəli voleybolçu ilə imzaladığı müqavilənin müddəti bir ildir.
Qeyd edək ki, “Rabitə” bunadək oyunçuları Natalya Məmmədova, Mira Qoluboviç, Nataşa Krsmanoviç, Silvia Popoviç, Sanya Staroviç, Kimberli Qlass və İrina Jukova ilə müqaviləsini yeniləmişdi.
Xatırladaq ki, “Rabitə”yə yenicə transfer olunan Nataşa Osmokroviç karyerası ərzində “Mladost” (Zaqreb), “Hisamitsu Sprinqs”, “İto Yokado”, BCN (Osako), Er Volley Napoli, “Vasko da Qama”, “Asistel” (Novaro), “Pallovolo”, “Terra Sarda Tortoli” kimi klubların da formasını geyinib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: