Nataşa Krsmanoviç Bakıda
20 May 2010 Cümə Axşamı 10:55
Nataşa Krsmanoviç “Rabitə” ilə müqavilə imzalayıb.
Qadın voleybolçulardan ibarət Bakının “Rabitə” klubu heyətini bir qədər də gücləndirib. “Rabitə” bu dəfə heyətinə “Qalatasaray” və Serbiya yığma komandasının üzvü Nataşa Krsmanoviçi qatıb.

“Rabitə” klubundan ANS PRESS-ə verilən məlumata görə, voleybolçu ilə 1 illlik müqavilə imzalanıb. Voleybolçunun 15 avqustda Bakıya gələcəyi gözlənilir. Nataşa Krsmanoviç “Qalatasasaray”dan əvvəl Serbiyanın “Yedintstvo” və İsveçrənin “Volero” klublarında forma geyinib.

Xatırladaq ki, son ölkə çempionu olan “Rabitə” klubu bundan əvvəl heyətinə İrina Jukova, Diana Nenova, Mirela Deliç, Silviya Popoviç, Bojana Doğaniç və Natalya Kulikovanı transfer etmişdi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar