Nataliya Mustafayeva Olimpiadanın yarımfinalında
31 İyul 2012 Çərşənbə Axşamı 16:23
Nataliya Mustafayeva 1/4 final mərhələsini 3-cü bitirib.
Bu gün Londonda keçirilən Olimpiya Oyunlarına qatılan daha bir Azərbaycan təmsilçisi yarımfinala vəsiqə qazanıb. Akademik avarçəkənimiz Nataliya Mustafayeva da qadınlar arasında 1 nəfərlik qayıqla (W1X) yarışını 3-cü sırada başa vurub.

1/4 finalda yarışı birinci Danimarka, ikinci isə Belarus təmsilçisi başa vurub.

Bu qayıq tipində 28 avarçəkən 5 seçmə qrupa bölünüb. 3 seçmə qrupda 6, 2-də isə 5 idmançı yer alıb. 27 yaşlı təmsilçimiz də 6 nəfərlik qrupa düşüb.

Bundan əvvəlki mərhələdə N. Mustafayeva 2000 metr məsafədə 7:46.01 nəticə göstərmişdi.



DOSTLARINLA PAYLAŞ:

oyunlar