Nataliya Mustafayeva Olimpiadanı 12-ci yerdə başa vurdu
04 Avqust 2012 Şənbə 15:58
Avarçəkən Nataliya Mustafayeva uğursuz çıxışla yadda qalıb.
Azərbaycanın qadın akademik avarçəkəni Nataliya Mustafayeva bu gün London Yay Olimpiya Oyunlarında son sınağına çıxıb. ANS PRESS-in məlumatına görə, turnirin əsas finalına yüksələ bilməyən idmançımız B finalında 7-12-ci yerlər uğrunda mübarizə aparıb.

1 nəfərlik qayıqla (W1X) çıxış edən Mustafayeva 2000 metr məsafəyə yürüşdə ciddi uğur qazana bilməyib. O, bütün rəqiblərindən geri qalaraq Olimpiadanı 12-ci yerdə başa vurub.



DOSTLARINLA PAYLAŞ:

oyunlar