Nataliya Mustafayeva London-2012-də mübarizəni dayandırdı
02 Avqust 2012 Cümə Axşamı 15:48
Akademik avarçəkən Nataliya Mustafayeva finala vəsiqə qazana bilməyib.
2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycanın akademik avarçəkəni Nataliya Mustafayeva qadınlar arasında 1 nəfərlik qayıqla (W1X) 1/2 final mərhələsində mübarizəyə qoşulub.

ANS PRESS-in məlumatına görə, idmançımızın rəqibləri Frida Svensson (İsveç), Genevra Ston (ABŞ), Xiuyun Janq (Çin), Fie Udbi Eriçsen (Danimarka) və Emma Tuiqq (Yeni Zelandiya) olub.

Avarçəkənimiz 2000 metr məsafəyə seçmə yürüş nəticəsində qrupda altıncı yeri tutub. Bununla da Mustafayeva final mərhələsinə yüksələ bilməyib.

Qeyd edək ki, qrupda ilk 3 yeri tutanlar finala vəsiqə qazanıblar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar