Namiq Quliyev Niderlandda keçirilən şahmat turnirinin birincisi oldu
27 İyun 2012 Çərşənbə 15:33
Namiq Quliyev altı oyundan beş xal toplayaraq turnirin baş mükafatına layiq görülüb.
Azərbaycanlı qrossmeyster Niderlandda keçirilən şahmat turnirinin birincisi olub. İyunun 22-dən 24-dək Niderlandın Hilversun şəhərində keçirilən HSG 2012 açıq şahmat turnirinin A kateqoriyasında çıxış edən Fransada yaşayan həmyerlimiz qrossmeyster Namiq Quliyev (FİDE üzrə reytinqi 2522) altı oyundan beş xal toplayaraq turnirin birinci mükafatına layiq görülüb.
Azərbaycanın Fransadakı səfirliyindən AzərTAc-a bildiriblər ki, ölkəmizi təmsil edən N.Quliyev turnirdə FİDE-nin 2630-luq reytinqinə uyğun çıxışı ilə yadda qalıb.
DOSTLARINLA PAYLAŞ: