Naci Şensoy qayıtdı
27 Dekabr 2010 Bazar Ertəsi 16:15
"Turan"ın "köhnə-təzə" baş məşqçisi ictimaiyyətə təqdim edilib
Bu gün “Turan” klubuna baş məşqçi təyin edilən türkiyəli futbol mütəxəssisi Naci Şensoy ictimaiyyətə təqdim olunub. Baş məşqçi “Turan”ın gələcəkdəki hədəfləri barədə danışıb. “Bilirsiniz ki, “Turan” indi bir az çətin vəziyyətdədir. Əvvəlcə “Turan”ı yüksək liqada saxlamaq lkazımdır. Bunu bacaracağımıza inanıram. May ayınadək hədəfimiz budur. Gələn il isə ilk “altılıq” üçün oynayan “Turan”ı yaratmaq istəyirik. Bu bir az çətin olacaq. Amma dediyim kimi həmişə optimist olmaq lazımdır”, - deyə Naci Şensoy bildirib.
Naci Şensoy Tovuzda çox qabiliyyətli futbolçuların olduğunu vurğulayaraq işin düzgün qurulacağı təqdirdə “Turan”da yeni ab-havanın yaradacağına inandığını bildirib.
Xatırladaq ki, Naci Şensoy 2002-2003 və 2004-2005-ci illərdə də “Turan” klubunda baş məşqçi kimi çalışıb.
DOSTLARINLA PAYLAŞ: