“Nabukko” təkcə Azərbaycan qazı ilə özünü doğrulda bilər
19 Sentyabr 2011 Bazar Ertəsi 11:19
Nüfuzlu nəşr “Abşeron” qaz yatağının kəşfindən bəhs edən məqalə dərc edib
Dünyanın neft birjalarında nüfuzlu nəşrlərdən olan “Oil price” Fransanın “Total” şirkətinin Xəzərin Azərbaycan sektorunda “Abşeron” qaz yatağının kəşfindən bəhs edən məqalə dərc edib.

Məqalədə qeyd olunur ki, Xəzərdə yeni böyük qaz yatağının kəşfi son vaxtlaradək möcüzə olaraq qiymətləndirilən “Nabukko” layihəsinin reallığa çevrilməsinə ümidləri artırmışdır. Müəllif yazır ki, hələ ötən əsrin 90-cı illərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev xarici təzyiqlərə baxmayaraq, özünün siyasi qabiliyyəti sayəsində Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsinin baş tutmasına nail olmuşdur. Bu gün isə Azərbaycan və Avropa daha böyük bir qaz boru layihəsini inşa etmək planını müzakirə edir. Eyni zamanda qeyd olunur ki, ilkin dəyəri 11,4 milyard dollar məbləğində qiymətləndirilən “Nabukko” nə zamansa inşa edilmiş ən bahalı boru olacaq.

“Oil price” bildirir ki, “Nabukko” üçün son vaxtlaradək ən ciddi maneə tikinti üçün maliyyə mənbələrini tapmaq deyil, boruya hansı mənbədən qazın vurulacağı idi. Bu günədək layihə üçün yeganə mənbə Azərbaycanın Xəzərdəki “Şahdəniz” yatağı olmuşdur. İran və Türkmənistanı layihəyə cəlb etmək şansları zəif qiymətləndirilirdi. Lakin “Total” şirkətinin son kəşfi vəziyyəti dəyişir. “Total” aşkar etdiyi yatağı istismar edə bilsə, o halda “Nabukko” təkcə Azərbaycan qazı ilə özünü doğrulda bilər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar